Azvirt Company Information
General information
Azәrbaycanın öndә gedәn tikinti şirkәtlәri arasında bir şirkәtin adı keyfiyyәt sözünün sinoniminә çevrilib: “AzVirt” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti.
"AzVirt" MMC Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir. Yarandığı tarixdәn başlayaraq "AzVirt" MMC regionda nәqliyyat infrastrukturunun inkişafı üçün getdikcә artan tәlәblәri qarşılamaq mәqsәdi ilә sürәtlә böyüyüb vә fәaliyyәt dairәsini genişlәndirib. Hal-hazırda AzVirt aşağıdakı xidmәtlәr üzrә ixtisaslaşıb:
Avtomobil yollarının tikintisi, yenidәnqurulması vә tәmiri.
Körpülәrin, yol ötürücülәrinin vә digәr süni qurğuların tikintisi, yenidәnqurulması vә tәmiri.
Hava limanları üçün terminalların, uçuş-enmә zolaqlarının, sükan yollarının vә perronun tikintisi, yenidәnqurulması vә tәmiri.
Tikinti materiallarının istehsalı.
Layihәlәndirmә işlәri.
AzVirt müştәrilәrinә çöl-axtarış (geodeziya), layihәlәndirmә vә tikinti daxil olmaqla kompleks xidmәtlәr tәqdim edir.
Zәngin iş tәcrübәsi vә yüksәk keyfiyyәt standartlarına nadir olmaqla, biz regionun әn böyük tikinti layihәlәrindә baş podratçı kimi iştirak edirik.
Şirkәt tikdiyi avtomobil yollarının yüksәk beynәlxalq tәlәblәrә cavab vermәsi üçün ilk növbәdә dünyanın inkişaf etmiş ölkәlәrinin bu sahәdә yüksәk elmi nailiyyәtlәri vә qabaqcıl tәcrübәsini öyrәnәrәk öz fәaliyyәtindә tәtbiq edir. AzVirt Azәrbaycanda ilk dәfә olaraq qırmadaş-mastikalı vә polimerli asfaltbeton qarışığını tәtbiq edәn yeganә şirkәtdir. İstehsal edilәn asfaltbetonun tәrkibindә aktivlәşdirilmiş mineral tozlardan istifadә edilir.
Bizim mәqsәdimiz bütün texniki, iqtisadi vә estetik parametrlәri nәzәrә alaraq müştәrini tәlәblәrini qarşılamaq üçün әn yaxşı hәll yollarını tapmaqdır. Dürüstlük vә sәmimi iş әlaqәlәrinә әsaslanaraq, eyni zamanda yüksәk keyfiyyәtli iş vә peşәkarlıq nümayış etdirәrәk, biz әmәkdaşlıq anlayışını daim yüksәk tuturuq.
Bizim peşәkarlığımız işimizin hәr bir sahәsindә möhkәmlәnmiş aşağıdakı dәyәrlәrdәn qaynaqlanır: Keyfiyyәt, Tәhlükәsizlik, İnam, İnnovasiya, Komanda İşi, Mәsuliyyәt vә Daim Öyrәnmәk
Azәrbaycan müstәqillik әldә etdikdәn qısa müddәt sonra, 1995-ci ildә “AzVirt” Azәrbaycan-Almaniya birgә müәssisәsi kimi tәsis olundu. İlk öncә Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrildi.
Yaranmasından sonra qısa müddәt әrzindә әn yüksәk keyfiyyәt nümunәlәri sәrgilәyәn şirkәt öz fәaliyyәt sahәsini genişlәndirәrәk hava limanlarının tikintisi işlәrinә vә beynәlxalq әhәmiyyәtli layihәlәrә cәlb olundu. Buna misal olaraq 1998-ci ildә yerinә yetirilmiş Almaniya Hökumәtinin Bakı Aeroportuna ilkin kömәk proqramı çәrçivәsindә maliyyәlәşdirdiyi “Bakı Aeroportunda Boeing-747 tәyyarәlәri üçün yönlәndirici yolların vә dayanacaqların tikintisi”, 2001 - 2002-ci illәrdә “Bakı Aeroportuna giriş yolunun tikilmәsi”, 2003-cü ildә “Azalhelikopter şirkәti üçün giriş yolunun vә vağzalyanı әrazinin yenidәnqurulması”, 2003 - 2004-cü illәrdә “Bakı Aerportunda ağır tipli tәyyarәlәr (400 ton vә daha ağır) üçün perron vә sükan yollarının tikintisi”, 2003 - 2006-cı illәrdә “Bakı Aeroportunda yük terminalına gedәn yolun tikintisi”, 2003 - 2006-cı illәrdә “Bakı Aerportunda yeni sükan yollarının tikintisi vә kommunikasiya xәtlәrinin köçürülmәsi”, 2003 - 2006-cı illәrdә “Heydәr Әliyev Beynәlxalq Hava Limanında kompleks yenidәnqurma” işlәrini göstәrmәk olar. Eyni zamanda 2004 - 2006-cı illәrdә “Şәmkir – Qazax avtomobil yolunun tikintisi” layihәsini hәyata keçirmәklә Qәdim İpәk Yolunun bәrpası mәqsәdi ilә hәyata keçirilәn TRACECA (Avropa-Qafqaz-Asiya Nәqliyyat Dәhlizi) kimi böyük beynәlxalq layihәdә iştirak etdi.
2004-cü ildә AzVirt Azәrbaycanda Mәhdud Mәsuliyyәtli Cәmiyyәt kimi yenidәn qeydiyyatdan keçdi.
Azәrbaycan Respublikasının prezidenti tәrәfindәn tәsdiq olunan “Regionların Sosial-İqtisadi İnkişafı Proqramı” çәrçivәsindә 2004-2008-ci illәr әrzindә Azәrbaycanın bütün regionlarını әhatә edәn “Gәncә hava limanının uçuş-enmә zolağının, perronun, yönәldici yolların vә Gәncә-Qazax yolundan hava limanına qәdәr asfaltbeton yolun yenidәnqurulması”, “Lәnkәran Hava Limanının, aerodrom әrazisinin, yük terminalının әtrafının vә hava limanına giriş yolunun tikintisi”, “Zaqatala Hava Limanının aerodrom әrazisinin, yük terminalının әtrafının, vağzalyanı meydanın vә hava limanına giriş yolunun tikintisi” kimi strateji әhәmiyyәtli layihәlәr bizә hәvalә olunmuşdur. Daha sonra, 2011-ci ildә AzVirt Qәbәlә şәhәrindә bütün standartlara cavab verәn Beynәlxalq Hava Limanını bir il әrzindә tikdi vә tәhvil verdi. Bununla da AzVirt ölkәmizdә Şәrq-Qәrb, Şimal-Cәnub nәqliyyat dәhlizlәrinin hәyata keçirilmәsindә fәal rol oynadı.
2006-cı ildәn başlayaraq AzVirt, “Şәmkir-Qazax”, “Böyük Şor dairәsi-Heydәr Әliyev Beynәlxalq Hava limanı-Mәrdәkan-Bilgәh”, “Bilgәh-Novxanı-Sumqayıt”, “Buzovna-Mәrdәkan-Qala”, “Qala-Pirallahı”, “Qәbәlә-Ağdaş (km 0,0÷22,0)” avtomobil yollarının yenidәnqurulması, “Dövlәt Bayrağı Meydanına gedәn yolun әsaslı tәmiri” layihәlәrini vә bu layihәlәr çәrçivәsindә bir sıra körpü vә tunellәri (Sabunçu körpüsü, Suraxanı qovşağındakı körpü, Hava limanı qovşağındakı körpü, Binә qovşağındakı asma körpü, Mәrdәkan yol qovşağında körpü vә tunel, Buzovna qovşağında tunel vә yol ötürücüsü, Kardiologiya Mәrkәzinin qarşısındakı tunel vә s.), yeraltı vә yerüstü piyada keçidlәrini tikmәklә ölkәmizdә avtomobil yolları şәbәkәsinin inkişaf etdirilmәsinә öz layiqli töhfәsini verir.
Hal-hazırda şirkәt tәrәfindәn tikintisi davam etdirilәn “Heydәr Әliyev Beynәlxalq Hava Limanında Yeni Aerovağzal kompleksi” tikilib istifadәyә verildikdәn sonra aeroport ildә 5 milyon sәrnişinә xidmәt göstәrә bilәcәk. Üçbucaq formasında 4 mәrtәbәli terminal binasının istifadәyә verilmәsindәn sonra buradan beynәlxalq aviareyslәr hәyata keçirilәcәk. Mövcud terminaldan isә yerli reyslәr üçün istifadә olunacaq.
Durmadan böyüyәn vә inkişaf edәn AzVirt Rumıniya vә Serbiya kimi Şәrqi Avropa ölkәlәrindә filiallarını açıb vә bu ölkәlәrdә magistral yolların tikintisi üzrә layihәlәri hәyata keçirir.
AzVirt Serbiya Respublikasında “E 763 Belqrad-Juzni Jadran magistral yolunun Ljig-Prelina hissәsinin tikintisi” layihәsini yerinә yetirmәklә özünün fәaliyyәt mәkanını genişlәndirmәk vә biznes maraqlarını tәmin etmәkdәn başqa, daha çox iki ölkә arasında iqtisadi münasibәtlәrin inkişafında iştirak edir vә bu missiyanı layiqincә yerinә yetirir.
Peşәkar kadrların hazırlanması, tәkmillәşdirilmәsi müәssisәnin kadr siyasәtinin әsasını tәşkil edir. Hazırda müәssisәdә 1500-dәn çox әmәkdaş çalışır. Onların arasında Azәrbaycan vәtәndaşları ilә yanaşı Almaniya vә Türkiyәdәn dә mütәxәssislәr çalışırlar. AzVirtin kadr siyasәtinin әsas mәqsәdi yol tikinti sәnayesini yüksәk hazırlıq sәviyyәsi olan peşәkarlarla tәmin etmәkdir. İşçilәr arasında hәm işin elmi-nәzәri, hәm dә praktiki aspektlәrinә hәr tәrәfli bәlәd olan mütәxәssislәr çalışırlar. AzVirtin rәhbәrliyindә texniki elmlәr doktoru (professor) vә texniki elmlәr namizәdi kimi yüksәk ixtisaslı mütәxәssislәr vardır ki, onlar öz elmi araşdırmaları ilә şirkәtin işinә yeni impuls verirlәr. Bu elmi-praktik araşdırmalar nәticәsindә müxtәlif mütәrәqqi texnologiyalar tәtbiq edilir.
Biz ölkә iqtisadiyyatının bir hissәsi olmağımızla fәxr edirik vә Azәrbaycanla yanaşı beynәlxalq tikinti bazarına da öz töhfәlәrimizi vermәyә çalışırıq.
177 Takovo
- Opening hours
- Parking
- The company has a parking lot.
- Phone number
- +38132736850
- Linki
- Social Accounts
- Keywords
- construction company, road construction company
Azvirt Reviews & Ratings
How do you rate this company?
Are you the owner of this company? If so, do not lose the opportunity to update your company's profile, add products, offers and higher position in search engines.